İran millisi dünya çempionatının ikinci turunda Belçika ilə oyundan (0:0) sonra paltardəyişmə otağında bir qeyd buraxıb. Həmin qeyddə Minab şəhərindəki qızlar üçün ibtidai məktəbə edilən hücumun qurbanları xatırlanıb. İran mənbələrinin məlumatına görə, ABŞ və İsrailin raket-bomba zərbəsi nəticəsində 168 uşaq həlak olub.
“Min illər əvvəlki qədim Persiyadan bugünkü sivil İrana qədər ölkənin ruhu canlı və məğrur olaraq qalır. Biz Los-Ancelesə qürurla gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq.
Qonaqpərvərliyinizə görə təşəkkür edirik, Los-Anceles. Və bu 180 dəqiqə ərzində ürəyini, səsini və ruhunu İrana verən hər bir iranlıya təşəkkür edirik.
Qoy bütün xalqlar arasında sülh, hörmət və dostluq hökm sürsün. #168 #Minab”, – deyə qeyddə bildirilir.
İran yığmasının qrup mərhələsindəki üçüncü oyunu Sietldə baş tutacaq. Rəqib isə Misir komandası olacaq.







