Olimpiya çempionu, amerikalı Bode Miller qadağan olunmuş maddələr saxladığına görə saxlanılıb.

Bu barədə “TMZ” portalı məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, polis əməkdaşları 48 yaşlı dağ xizəkçinin üzərindən 4,1 qram hallüsinogen göbələk olan paket aşkar ediblər.

Millerə qarşı narkotik maddələr və qadağan olunmuş preparatların istehlakı üçün nəzərdə tutulan əşyalar saxlamaq ittihamı irəli sürülüb. İdmançı təqsirini boynuna almayıb.

Miller — 2010-cu il Olimpiadasında superkombinasiya növündə qızıl medalın sahibi, dördqat dünya çempionu və ümumi hesabda iki dəfə Dünya Kubokunun qalibidir. Amerikalı pilot, həmçinin dağ xizəyi idmanı tarixində qış oyunlarının ən yaşlı mükafatçısıdır.

Shares: