“Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.

Futbolinfo.az kluba istinadən xəbər verir ki, komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.

Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq. Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.

Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

Shares: