Futbol üzrə dünya çempionatında daha bir 1/8 finalçı bəlli olub. Günün növbəti matçında da qalib penalti seriyasında müəyyənləşib.

Mərakeş əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə Niderlandı penalti seriyasında məğlub edib – 3:2.

Monterrey stadionunda keçirilən qarşılaşmada Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) qol vuran futbolçular olublar.

Penalti zərbələrində daha dəqiq oynayan Afrika təmsilçisi 1/8 finalda Kanada ilə üz-üzə gələcək.

Shares: