“Karvan-Yevlax”dan ayrılan futbolçu Eltun Turabovun yeni klubu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Səbail” 29 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.

Oyunçu ilə “1+1” illik müqavilə imzalanıb.

Xatırladaq ki, Eltun Turabov ötən mövsüm Misli Premyer Liqasında 29 oyunda 1 qolla yadda qalıb.

Shares: