“Kabo Verde bu gün çox güclü komanda olduğunu sübut etdi”. Bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.
Təcrübəli mütəxəssis qələbə qazandıqları oyuna şərh verib: “Çox çətin oyun oldu. Həmişə müsbət məqamları görməyə çalışmalıyıq. Bu komanda heç vaxt təslim olmur. Rəqibimizi də təbrik etməliyəm. Kabo Verde bu gün çox güclü komanda olduğunu sübut etdi. Həqiqət budur ki, hər iki tərəf oyunun sonunda çox yorulmuşdu, çünki hamı sona qədər əlindən gələni etdi. Biz Argentinayıq, bunu anlamayan üçün izah etmək çətindir. Biz bunu yaxşı anlayırıq, komanda olaraq heç nəyi asan əldə etmirik”.
Qeyd edək ki, Argentina Kabo Verde seçməsinə 3:2 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
