Futbol üzrə dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, bu gün mundialda 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Əvvəlcə dünya çempionatının favoritlərindən hesab edilən İspaniya yığması Portuqaliya millisi ilə qarşılaşacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Gecə saatlarında daha bir görüş baş tutacaq. Meydan sahiblərindən olan ABŞ yığması Belçika millisini sınağa çəkəcək. Görüş gecə saat 04:00-da başlayacaq.

DÇ-2026
1/8 final
6 iyul

23:00. Portuqaliya – İspaniya

7 iyul

04:00. ABŞ – Belçika

Shares: