Azərbaycan millisinin futbolçusu Toral Bayramovun komandası “Bursaspor” Türkiyə I Liqasının ən dəyərli klubudur.

Futbolinfo.az “Transfermarkt”a istinadən xəbər verir ki, bursalıların futbolçularının ümumi qiyməti 15 milyon 350 min avrodur.

“Timsah”ı 14 milyon 700 min avro ilə “Antalyaspor” izləyir. Siyahının üçüncü pilləsində isə “Bodrumspor” (14 milyon 80 min avro) qərarlaşıb.

“Bursaspor”un yay fasiləsində həyata keçirdiyi 7 transferin dəyəri də açıqlanıb. Toral bu baxımdan üçüncü sıradadır. Millimizin üzvü 2 milyon avroya bərabər göstərilib. Linkoln Enrike 3,5 milyon, Juergen Elitim isə 2,5 milyon avro qiymətindədir.

Qeyd edək ki, Toral Bayramov “Bursaspor”a yay fasiləsində “Qarabağ”dan keçib.

Shares: