İngiltərə yığmasının kapitanı Harri Keyn dünya çempionatlarının pley-off mərhələlərində vurduğu qolların sayına görə Qari Linekerin rekordunu təkrarlayıb.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu DÇ-2026-nın 1/8 finalında Meksika ilə görüşdə fərqlənməklə buna nail olub.

Bu oyunda 1 qol vuran H.Keynin dünya çempionatlarının pley-off mərhələlərindəki qollarının sayı 6-ya çatıb.

Xatırladaq ki, Mexiko stadionunda baş tutan qarşılaşma İngiltərə yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Shares: