İsmael Bennaser “Milan”dan ayrılır. Əlcəzairli yarımmüdafiəçi Qətərə köçməyə qərar verib.

Futbolinfo.az xəbər verir ki, 2019-cu ildən İtaliya klubunda çıxış edən 28 yaşlı oyunçu durumundan məmnun deyil. “Milan”da daim əsas heyət üzvü olmayan İsmael tez-tez icarəyə verilir. Ötən il Marsel “Olimpik”ində oynamış oyunçu son olaraq Zaqreb “Dnamo”sunda çıxış edib.

“Rossonyerlər” də Bennaseri satmağa razıdır. “Əl-Şamal”ın təklif etdiyi 8 milyon avro qaneedici olmasa da, növbət yay müqaviləsi bitəcək yarımmüdafiəçini azad agent kimi itirməmək üçün tərəflərin razılığa gələcəyi gözlənlir.

Shares: