Paraqvay senatoru Selesta Amarilya Fransa millisinin hücumçusu Kilian Mbappe ilə yaşadığı qalmaqalla bağlı növbəti dəfə sərt açıqlama verib.

O, “ABC Cardinal” radiosuna müsahibəsində bildirib ki, Mbappe məktubunu oxumalı və paraqvaylılarla münasibətdə ehtiyatlı davranmalıdır: “Mən ona məktubumu oxumağı tövsiyə edərdim, əgər oxumağı bacarırsa. Həm də paraqvaylılarla ehtiyatlı olmasını məsləhət görərdim”.

Amarilya əlavə edib ki, vaxtilə Ronaldinyo saxta sənədlərlə ölkəyə daxil olmağa cəhd etdiyi üçün Paraqvayda həbs olunmuşdu və Mbappe də bu faktı ciddiyə almalıdır: “Ronaldinyo burada həbsdə yatıb. Kilian məni ciddiyə almalıdır. Mən onu gender və siyasi zorakılığa görə məhkəməyə verə bilərəm. O, məndən üzr istəməlidir”.

Xatırladaq ki, senator daha əvvəl dünya çempionatının 1/8 finalında Fransa ilə Paraqvay milliləri arasında keçirilən oyundan sonra Mbappeni Paraqvay yığmasının qapıçısı Orlando Xillə əl görüşmədiyinə görə təhqir etmişdi. Fransa millisinin futbolçusu da onun ittihamlarını cavabsız qoymamışdı.

Shares: