“Arsenal”ın sabiq baş məşqçisi, hazırda isə FIFA-nın qlobal futbolun inkişafı şöbəsinin rəhbəri olan Arsen Venger 2026-cı il dünya çempionatının favoritləri barədə fikirlərini bölüşüb.

O, Fransanın mundialın qalibi olacağına inandığını bildirib: “Fransa dünya çempionatını qazanacaq. Bilirəm, deyəcəksiniz ki, bunu fransız olduğum üçün deyirəm. Amma bu dünya çempionatını təhlil etsək, görərik ki, qatar müəyyən sürətlə hərəkət edir və sən ona minməyi bacarmalısan. Məsələn, Asiya komandaları matçların intensivliyi və tempinə tab gətirə bilmədikləri üçün mübarizəni dayandırdılar. Onlara rəqabət aparmaq üçün texniki hazırlıq çatmadı”.

Venger hazırda Fransanı məğlub edə biləcək yeganə komandanın İspaniya olduğunu da vurğulayıb: “Mənim üçün əsas sual İspaniyadır. Əgər hazırda Fransaya qalib gələ biləcək komanda varsa, bu, İspaniyadır. Çünki onların texniki səviyyəsi Fransadan daha yüksəkdir”.

Shares: