“Böyük Dəbilqə” seriyalı “Uimbldon” turnirində qadınların yarışında finalçılar müəyyənləşib.

Yarımfinalda çexiyalı Karolina Muxova ABŞ təmsilçisi Kori Qauffu 6:2, 1:6, 7:6 hesabı ilə məğlub edərək karyerasında ikinci dəfə “Böyük Dəbilqə” turnirinin finalına yüksəlib. Digər yarımfinal görüşündə isə Linda Noskova ukraynalı Marta Kostyuku hər iki setdə 6:4 hesabı ilə üstələyib və ilk dəfə “Böyük Dəbilqə” turnirinin həlledici matçına vəsiqə qazanıb.

Bununla da, “Uimbldon”un finalında 2009-cu ildən sonra ilk dəfə eyni ölkəni təmsil edən iki tennisçi qarşılaşacaq. Sonuncu dəfə bu hal 2009-cu ildə ABŞ təmsilçiləri Vinus və Serena Vilyams bacılarının final duelində qeydə alınmışdı.

Shares: