“Seltik”in heyətində çıxış edən ilk kolumbiyalı futbolçu olmaq Kamilo Duran üçün şərəfdir.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Qarabağ”dan Şotlandiya təmsilçisinə transfer olunan oyunçu klubun rəsmi saytına açıqlamasında deyib.

O, uşaqlıq arzusunun ölkəsinin milli komandasında oynamaq olduğunu söyləyib:

“Ümid edirəm ki, burada uğurlu çıxış edərək bunu bacaracam”.

Duran “Seltik”ə keçidi haqqında danışıb:

“Mənimlə maraqlandıqlarını eşidəndə tərəddüd etmədim. Meydana çıxmağı səbirsizliklə gözləyirəm. Özümü meydanda doğrultmağa çalışacağam”.

“Seltik” Duranla 5 illik müqavilə imzalayıb. Şotlandiya mətbuatı keçidin 5,5 milyon avroya başa gəldiyini yazıb.

Shares: