“Kolambus Kryu” İngiltərə Çempionşip klubu “Börnli” ilə keçirdiyi yoxlama oyununda heç-heçə edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
ABŞ klubunun formasını geyən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə matça start heyətində başlayıb. Lakin futbolçumuz oyun ərzində fərqlənə bilməyib.
Qarşılaşma hər iki komanda üçün yeni mövsüm öncəsi hazırlıq çərçivəsində baş tutub.
