İngiltərənin Argentinaya məğlub olduğu matçda problem taktiki quruluşda olmayıb. Bunu ingilislərin baş məşqçisi Tomas Tuhel DÇ-2026-nın yarımfinal mərhələsinin oyunundan sonra deyib.
Alman mütəxəssis uduzduqları oyunu şərh edib: “Əlbəttə, ikinci qolu vurmaq istəyirdik. Amma hesab etdim ki, hücum xəttini gücləndirmək oyunun gedişatını dəyişməyəcək. 4-4-2 düzülüşündə oynamağa davam etdik. Lakin getdikcə daha passiv təsir bağışladıq. Nə topu qazana, nə də onu nəzarətdə saxlaya bildik. Düşünmürəm ki, problem taktiki quruluşda idi, çünki heç nəyi dəyişməmişdik. Sadəcə, oyunun gedişatı tamamilə dəyişdi”.
Qeyd edək ki, Argentina İngiltərə seçməsinə 2:1 hesabı ilə qalib gələrək finala adlayıb.
