Uelsin TNS klubunun futbolçusu Coş Lok UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”la keçirilən cavab oyunu ilə bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, komandasının 1:2 hesabı ilə məğlub olduğu ev matçının 89-cu dəqiqəsində fərqlənən 22 yaşlı yarımmüdafiəçi bunu həyatının unudulmaz anı adlandırıb.
Lok məğlubiyyətə üzülsələr də, qol vurmasına sevindiyini gizlətməyib: “Düzünü desəm, bundan gözəl hiss ola bilməz. Nəticə baxımından məyus olduq, amma şəxsi baxımdan qol vurmaq mənim üçün böyük qürur mənbəyidir. Bunu gerçəkləşən arzu adlandırmaq olar. Bu anı ömrüm boyu xatırlayacağam. Doğma klubumun heyətində Çempionlar Liqasında qol vurmaq ömürlük xatirədir”.
Qeyd edək ki, iki oyunun cəmində 4:1 hesablı qələbə qazanan “Sabah” Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə adlayıb.
