Kiprin “Pafos” klubunun qapıçısı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, “Qarabağ” niderlandlı qolkiperlə maraqlanır.

Bir müddət əvvəl Qorterin durumunu yoxlayan ağdamlılar yenidən onu gündəmə gətiriblər. “Pafos” heyətinə yeni qapıçı cəlb etdiyindən, 26 yaşlı oyunçu özü də komandasını dəyişməyin tərəfdarıdır. Hazırda Qorterin “Qarabağ” üçün prioritet olduğu və Azərbaycan təmsilçisinin bu transfer üçün danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Cey Qorter Niderlandın U-21 millisində çıxış edib. O, daha öncə Ağdam klubuna keçməkdən boyun qaçırmışdı.

Shares: