“Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Yevlax təmsilçisi Əkpər Vəliyevi heyətinə qatıb.
24 yaşlı qapıçı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Əkpər Vəliyev bundan öncə MOİK-də çıxış edib. O, karyerası ərzində “Cəbrayıl” və “Şamaxı” klublarının qapısını qoruyub.
