Mütləq ağır çəki üzrə keçmiş dünya çempionu və Beynəlxalq Boks Şöhrət Zalının üzvü Lennoks Lyuis bildirib ki, karyerasının ən yaxşı dövründə olsaydı, məğlubedilməz ukraynalı boksçu Aleksandr Usikə qalib gələ bilərdi.

Britaniyalı bu şansı qaçırdığına görə üzüldüyünü söyləyib: “Təəssüf ki, mən bu dövrdə döyüşmürəm. Böyük məmnuniyyətlə onunla rinqə çıxardım. Başa düşə bilmirəm ki, niyə heç kim onun döyüş üslubunun sirrini aça bilmir. Mən bunu mütləq bacarardım”.

Qeyd edək ki, 39 yaşlı Aleksandr Usik peşəkar karyerasında keçirdiyi 25 döyüşün hamısında qələbə qazanıb. Onun 16 qələbəsi nokautla əldə olunub. Usik peşəkar rinqdə debütünü 2013-cü ilin noyabrında edib. Ukraynalı boksçu, həmçinin 2012-ci il London Yay Olimpiya Oyunlarının çempionudur.

Shares: