Bakıda “Sabah” və Finlandiyanın “KuPS” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa indiyədək 5000 bilet satılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
“Sabah” – “KuPS” matçı bu gün, saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək.
Qeyd edək ki, stadion 8 700 tamaşaçı tutumuna malikdir.
