Argentina Futbol Assosiasiyası (AFA) 2026-cı il dünya çempionatı zamanı yığma komandanın futbolçularına qarşı aparıldığını iddia etdiyi dezinformasiya kampaniyası ilə bağlı genişmiqyaslı məhkəmə iddiası qaldırmağa hazırlaşır.
Məlumata görə, iddia böhtan xarakterli yalan ittihamları, saxtalaşdırılmış və ya təsdiqlənməmiş görüntüləri, eləcə də əsassız iddiaları əhatə edəcək.
Bildirilir ki, AFA yalnız iri media qurumlarını və sosial şəbəkələrdə böyük auditoriyaya malik hesabları deyil, həm də həmin məlumatların yayılmasına töhfə verən bütün şəxsləri məsuliyyətə cəlb etməyi planlaşdırır. Assosiasiya auditoriyasının böyüklüyündən asılı olmayaraq, dezinformasiya kampaniyasında iştirak edən hər kəsə qarşı qəti addımlar atacağını bəyan edib.
