ABŞ Açıq Çempionatının 2020-ci ildəki qalibi Dominik Tim peşəkar futbolçu karyerasına başlayıb.
Avstriyalı keçmiş tennisçi 2024-cü ildə ağır zədədən sonra nəticələrinin aşağı düşməsi səbəbindən bir daha korta çıxmayacağını açıqlamışdı. Hazırda 32 yaşlı idmançı Avstriyanın səkkizinci liqasında çıxış edən “Badener” klubunun formasını geyinəcək. Klubun sahibi Sergey Petroviç Timin heyətdə yer qazanmaq üçün digər futbolçular kimi mübarizə aparacağını bildirib.
Qeyd edək ki, Dominik Tim tennis karyerası ərzində 17 ATP tituluna sahib çıxıb, həmçinin iki dəfə “Rolan Qarros”, bir dəfə isə Avstraliya Açıq Çempionatının finalında oynayıb.
