2026/27 mövsümü üçün hazırlıqları davam etdirən “Qəbələ” və “Şəfa” komandaları yoxlama oyununda qüvvələrini sınayıblar.

Futbolinfo.az xəbər verir ki, kollektivlər bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Oyun 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu İsaak Amoa vurub. Paytaxt klubundan isə İsmayıl Zülfüqarlı fərqlənib.

Shares: