Sloveniyalı hakim Slavko Vinçiç 2026-cı il dünya çempionatının final oyununu idarə etdikdən sonra peşəkar hakimlik karyerasını başa vurub. Bu barədə Sloveniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Vinçiç 2010-cu ildən FİFA hakimi olub. O, 2026-cı il dünya çempionatının İspaniyanın əlavə vaxtda Argentina üzərində 1:0 hesablı qələbə qazandığı final matçından əlavə, karyerası ərzində 2023/24 mövsümündə UEFA Çempionlar Liqasının finalını da idarə edib. Həmin görüşdə Madrid “Real”ı Dortmund “Borussiya”sını məğlub edib.

Sloveniyalı referi 2021/22 mövsümündə UEFA Avropa Liqasının “Ayntraxt” (Frankfurt) – “Reyncers” finalında da baş hakim olub. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Almaniya klubu 5:4 qalib gəlib.

46 yaşlı Vinçiç 2026-cı il dünya çempionatında ümumilikdə 4 oyunda hakimlik edib. Bu görüşlərdə 12 sarı və 2 qırmızı vərəqə göstərib.

Shares: