ATP dünya reytinqinin yeni versiyasını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, iyulun 27-nə olan sıralamanın ilk “10-luq”da bir neçə dəyişiklik baş verib.

Rusiya tennisçisi Daniil Medvedev 50 xal itirməsinə baxmayaraq, bir pillə irəliləyərək 7-ci sıraya yüksəlib və amerikalı Ben Şeltonu geridə qoyub. Serbiyalı Novak Cokoviç isə iki pillə qalxaraq 5-ci yerə çıxıb. O, avstraliyalı Aleks de Minoru qabaqlayıb.

İyulun 27-nə olan ATP reytinqinin ilk “10-luğ”u:

  1. (1) Yannik Sinner (İtaliya) – 13 450 xal
  2. (2) Aleksandr Zverev (Almaniya) – 8480
  3. (3) Karlos Alkaras (İspaniya) – 8160
  4. (4) Feliks Oje-Alyassim (Kanada) – 4740
  5. (7) Novak Cokoviç (Serbiya) – 3760
  6. (5) Aleks de Minor (Avstraliya) – 3660
  7. (8) Daniil Medvedev (Rusiya) – 3620
  8. (6) Ben Şelton (ABŞ) – 3580
  9. (9) Flavio Kobolli (İtaliya) – 3420
  10. (10) Teylor Fritz (ABŞ) – 3300.
Shares: