Formula 1-in prezidenti Stefano Domenikali Yaxın Şərqdəki siyasi vəziyyət səbəbindən Qətər və Əbu-Dabi mərhələlərinin ləğv oluna biləcəyini istisna etməyib.

O bildirib ki, təşkilatçılar son ana qədər hər iki yarışın təqvimdə qalacağına ümid edirlər və hazırda bu mərhələlər üçün biletlər demək olar ki, tam satılıb. Domenikalinin sözlərinə görə, vəziyyət tələb edərsə, Formula 1 rəhbərliyi alternativ qərar qəbul etməyə hazırdır. O, zarafatla mövsümün son yarışının İtaliyanın İmola trasında keçirilə biləcəyinə işarə edərək, “bəlkə də italyanca danışmalı olacağıq” ifadəsini işlədib.

Formula 1 rəhbəri yekun qərarın sentyabrın sonunadək verilməli olduğunu vurğulayıb.

Shares: