Avqustun 1-də ABŞ-nin Florida ştatında Latın Amerikası Hokkey Kuboku start götürəcək.

Turnirdə 16 qeyri-ənənəvi hokkey ölkələrini təmsil edən 68 komandanın heyətində 1500-dən çox hokkeyçi mübarizə aparacaq. Yarışda Əlcəzair, Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, kubalı amerikalılar, Yunanıstan, İsrail, Livan, Meksika, Pakistan, Venesuela və yerli tayfaların komandası iştirak edəcək. Turnir U-12 yaş qrupundan başlayaraq böyüklərə qədər ümumilikdə 9 divizion üzrə təşkil olunacaq.

MHL-in icma inkişafı və sənayenin böyüməsi üzrə baş vitse-prezidenti Rob Knesaurek bildirib ki, Latın Amerikası Hokkey Kuboku son yeddi ildə qeyri-ənənəvi hokkey ölkələrini bir araya gətirən, bu idman növünün inkişafına təkan verən və minlərlə iştirakçı üçün yeni imkanlar yaradan beynəlxalq yarışa çevrilib.

Shares: