Azərbaycanın sumo millisi Yaponiyanın Odavara şəhərində təlim-məşq toplanışına başlayıb.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından məlumat verilib.

Hazırlıq prosesi çərçivəsində yığma məşqlərini Yaponiyanın bir neçə sumo məktəbində davam etdirəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı 2026-cı il oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Shares: