UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Payde” (Estoniya) və “Zirə” komandaları arasında keçirilən ilk görüşdə Azərbaycan təmsilçisinin üstün oyun nümayiş etdirdiyini söyləmək olmaz. Bunu Estoniya təmsilçisinin baş məşqçisi Tarmo Kink tərəflər arasında baş tutacaq cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

O, “Zirə”nin ciddi rəqib olduğunu bildirib: “Qarşıdakı görüşün asan keçəcəyini düşünmürük. Bununla belə, mərhələni uğurla başa vurmaq üçün nə etməli olduğumuzu bilirik. Məqsədimiz meydanda maksimum gücümüzü ortaya qoyaraq növbəti mərhələyə vəsiqə qazanmaqdır. İlk qarşılaşmada rəqibin bizdən üstün çıxış etdiyini söyləmək düzgün olmaz. Əksinə, oyunun böyük hissəsində təşəbbüs bizim tərəfdə idi və rəqibə ciddi təzyiq göstərirdik”.

Qeyd edək ki, “Zirə” – “Payde” görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

Shares: