“Nyukasl”ın baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssis bu qərarı özü verib. O, 2021-ci ilin noyabrında “Nyukasl”ın baş məşqçisi təyin olunmuşdu. Haunun rəhbərliyi altında komanda iki dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb və klub tarixində ilk dəfə bu turnirin pley-off mərhələsinə yüksəlib.

“Nyukasl” 2024/2025 mövsümündə Eddi Hau ilə İngiltərə Liqa Kubokunu qazanaraq 70 ildən sonra ölkədaxili ilk titulunu əldə edib.

Shares: