Rusiya klubu “Şoçi” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi transfer etdiyini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında bağlanan sözləşmə 2026/2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub.
Şeydayev yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.
Şeydayev son olaraq Azərbaycanda “Qarabağ”ın formasını geyinib.
Xatırladaq ki, Şeydayevin karyerasını Rusiyada davam etdirəcəyi barədə daha öncə xəbər vermişdik.
