Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor”da davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçunun yeni klubu sosial şəbəkə hesablarında paylaşım edib.

Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevral ayında ABŞ-nin “Kolumbus Kru” klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində fərqlənə bilməyib. Millimizin üzvü Türkiyə klubunda icarə əsasında çıxış edəcək.

Shares: