Qadın Tennis Assosiasiyası (WTA) ötən həftənin nəticələrinə əsasən yenilənmiş dünya reytinqini açıqlayıb.
Vaşinqton turnirinin finalı (Cessika Pequla – Aleksandra Eala) məcburi şəkildə təxirə salındığı üçün reytinq bu dəfə ənənəvi bazar ertəsi deyil, çərşənbə axşamı dərc olunub.
Reytinq cədvəlinə əvvəlki kimi belaruslu tennisçi Arina Sabalenka başçılıq edir. Həftənin ən böyük irəliləyişinə isə Memfisdə titul qazanan 16 yaşlı rusiyalı Kristina Lyutova nail olub. O, 103 pillə irəliləyib.
WTA reytinqi (3 avqust):
1. Arina Sabalenka (Belarus) – 8550 xal
2. Yelena Rıbakina (Qazaxıstan) – 8056
3. Cessica Pequla (ABŞ) – 6625
4. Koko Qauff (ABŞ) – 5649
5. Mirra Andreyeva (Rusiya) – 5293
6. Karolína Muxova (Çexiya) – 5168
7. Linda Noskova (Çexiya) – 5016
8. İqa Şvöntek (Polşa) – 4539
9. Elina Svitolina (Ukrayna) – 4459
10. Amanda Anisimova (ABŞ) – 4353
