ATP  reytinqində ikinci pillədə qərarlaşan ispaniyalı tennisçi Karlos Alkaras ABŞ-nin Sinsinnati şəhərində keçiriləcək “Masters” turnirində iştirak etməyəcək.

Avqustun 13-də start götürəcək yarışın son çempionu olan Alkaras zədə səbəbindən titulunu qoruya bilməyəcək. Turnirin təşkilatçıları 7 qat “Böyük Dəbilqə” çempionuna uğurlar arzulayıb və gələn il yenidən Sinsinnatidə onu  görmək istədiklərini qeyd ediblər. Alkaras daha əvvəl Barselona, Madrid, Roma, Monreal və London turnirlərindən, həmçinin “Rolan Qarros” və Uimbldondan da zədə səbəbinənə görə imtina etmişdi.

23 yaşlı tennisçi bu ilin aprelindən etibarən rəsmi matçlara çıxmayıb.

Shares: