UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” oyunundan əvvəl Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

“Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Azərbaycana tanış və azarkeşləri çox olan kollektivlə qarşılaşacağıq. Nəticədən asılı olmayaraq, maraqlı mübarizə olacaq. Matça tam istədiyimiz kimi hazırlaşmışıq və uğurlu nəticə üçün gedirik. Rəqibin də çox ciddi hazırlaşdığını bilirik. Hətta bunun üçün çempionat oyunlarını təxirə salıblar. İstənilən halda uğurlu nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Belə klublara qarşı oynamağı həmişə xoşlamışam. Mən özüm uşaq vaxtı Kiyev “Dinamo”sunun azarkeşi olmuşam. Bu cür komandalara qarşı oynamaq bizim üçün hər zaman prestij olub. Böyümək, daha irəli getmək üçün bu cür komandalarla qarşılaşmalı və qalib gəlməlisən”.

Shares: