“Kəpəz” futbolçusu Ümid Səmədovla müqaviləni yeniləyib.
Bu barədə Futbolinfo.az-a Gəncə təmsilçisindən məlumat verilib.
“Kəpəz”in yetirməsi olan müdafiəçinin yeni anlaşması 2028-ci ilin yayınadək nəzərdə tutulub. Ümid Səmədov ötən mövsüm ümumilikdə 27 oyun keçirib.
