Çempionlar Liqasının “Orhus” – “Sabah” oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra – 21:00-da başlayacaq.

Futbolinfo.az xəbər verir ki, buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.

Məlumat üçün bildirək ki, “Orhus” klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını “Randers” stadionunda keçirir.

Shares: