“Sumqayıt”ın yeni transferi Lukas Blek Azərbaycana gəlmək üçün Braziliya klublarının təklifini rədd edib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, dayaq yarımmüdafiəçisi Braziliyanın A və B Seriyasında çıxış edən klubların diqqət mərkəzinə düşüb.
“Ferroviario”nun heyətində parlaq çıxışı ilə diqqət çəkən 26 yaşlı futbolçu xüsusən də “Seara” və “Fortaleza”dan təklif alıb. Lakin oyunçu özü karyerasını Avropada davam etdirməkdə israrlı olub. Bu üzdən tam adı Lukas Qabriel de Oliveyra olan yarımmüdafiəçi “Sumqayıt”ı ölkəsinin klublarından üstün tutub.
Qeyd edək ki, Lukas Blek “Sumqayıt”la 2 illik müqavilə imzalayıb.
