Avrokuboklarda III təsnifat mərhələsinin matçları başa çatıb.

Çempionlar Liqasında mübarizə aparan “Sabah”, Konfrans Liqasında yarışan “Qarabağ” həftəni məğlubiyyətlə bitirib. Bu nəticələrdən sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib – 21.188 xalla 26-cı sıradayıq.

Bolqarıstan klublarının uğurlu çıxışı bu ölkəni UEFA reytinqində Azərbaycana yaxınlaşdırıb. Bolqarlar 20.188 xalla 27-ci sıradadır.

25-ci yerdə olan Sloveniya 22.468 əmsala malikdir. Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Shares: