Luka Donçiçin keçmiş nişanlısı, model Anamariya Qoltes MBA ulduzu ilə övladlarının himayəsi bağlı məhkəmə çəkişməsi çərçivəsində 50 milyon dollar tələb edir. İddiada bu məbləğin 40 milyon dollarının Anamariya Qoltesə, 10 milyon dollarının isə uşaqlara ayrılması, həmçinin Donçiçin övladları ilə keçirdiyi vaxtın həftədə iki gündən bir günə endirilməsi istənilir.
Cütlük bir-birini uşaqlıqdan tanıyır və yeniyetmə yaşlarından münasibətdə olub, onların iki qızı var.
Bildirilir ki, 2025-ci ilin dekabrında ikinci qızları Oliviyanın doğumu zamanı Sloveniyada baş verən mübahisədən sonra polis hadisə yerinə gəlsə də, Donçiçin qanun pozuntusuna yol verdiyini müəyyən etməyib. Bununla belə, həmin hadisə tərəflər arasında münasibətlərin hələ o vaxtdan gərgin olduğunu göstərmişdi.
