Niderlandlı velosipedçi Demi Vollerinq “Tur de Frans”ın qadınlar üzrə yarışının sonuncu mərhələsində qalib gələrək ümumi təsnifatda da birinci olub. “FDJ United-SUEZ” komandasının üzvü karyerasında ikinci dəfə mövsümün əsas veloyarışında ümumi qələbəyə sevinib.
Vollerinq yarışı 30 saat 54 dəqiqə 51 saniyəlik nəticə ilə başa vurub. O, ən yaxın izləyicisi polşalı Katarjina Nivyadoma-Finni üzərində 1 dəqiqə 18 saniyəlik üstünlük əldə edib. İtaliyalı Eliza Lonqo Borqini isə 4 dəqiqə 29 saniyə geridə qalaraq üçüncü yeri tutub.
Qadınlar arasında “Tur de Frans”ın 9 mərhələdən sonra yekun ümumi təsnifatı belə olub:
1. Demi Vollerinq (“FDJ United-SUEZ”) – 30:54.51
2. Katarjina Nivyadoma-Finni (“CANYON//SRAM”) – +1.18
3. Eliza Lonqo Borqini (“UAE Team L’IMAD”) – +4.29
4. Antoniya Nidermaier (“CANYON//SRAM”) – +5.10
5. Paula Blasi (“UAE Team L’IMAD”) – +6.13
Qeyd edək ki, Vollerinq daha əvvəl 2023-cü ildə də “Tur de Frans”ın qadınlar üzrə ümumi təsnifatında qalib gəlib.
