Dünya reytinqinin lideri Yannik Sinner sağ dizindəki zədə səbəbindən Sinsinnati “Masters”ində iştirak etməyəcək. İtaliyalı tennisçi 2026-cı ildə Uimbldonda titulunu qoruduğu vaxtdan bəri heç bir turnirdə korta çıxmayıb.
Sinner həkimlər və komanda üzvləri ilə məsləhətləşdikdən sonra Sinsinnatidə mübarizədən çəkilmək qərarına gəldiyini bildirib. O, sağ dizindəki problemin hələ də tam aradan qalxmadığını və bütün tibbi tədbirlərə baxmayaraq yarışlara qayıtmağa hazır olmadığını qeyd edib.
İtaliyalı tennisçi turnirdə iştirak edə bilməyəcəyi üçün təəssüf hissi keçirdiyini və gələn il Sinsinnatiyə qayıtmağı səbirsizliklə gözlədiyini söyləyib. Sinner hazırda əsas diqqətini ABŞ Açıq çempionatına hazırlığa yönəldib.
Qeyd edək ki, Sinsinnati “Masters”i avqustun 13-də start götürəcək. Sinner ötən il turnirin finalına yüksəlib. Bundan əvvəl yarışın son çempionu Karlos Alkaras da turnirdə iştirak etməyəcəyini açıqlayıb.
