15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda keçirilən UEFA İnkişaf Turnirində ilk matçını keçirib.

Futbolinfo.az xəbər verir ki, yığmamız ev sahiblərinin müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib. Şimkənd şəhərindəki “Namys” arenasında baş tutan qarşılaşma qazaxların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Komandamızın yeganə qoluna 71-ci dəqiqədə Zəhra Əkbərli imza atıb.

U-15 millimiz turnirdəki növbəti sınağına avqustun 14-də Rusiya yığmasına qarşı çıxacaq.

Shares: