UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, günün matçlarında gözlənilən nəticələr qeydə alınıb. İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) səfərdə Polşanın GKS (Katovitse) klubuna 1:2 hesabı ilə məğlub olsa da, ilk oyundakı üstünlüyü sayəsində pley-offa vəsiqə qazanıb.

Günün digər qarşılaşmalarında “Rapid” (Vyana) öz meydanında “Payde”ni 2:0, “Kopenhagen” isə “Debretsen”i 5:1 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıblar.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

12 avqust

GKS (Katovitse, Polşa) – Hapoel (Təl-Əviv, İsrail) 2:1 (İlk oyun 0:2)

Rapid (Vyana, Avstriya) – Payde (Estoniya) 2:0 (İlk oyun 4:1)

Kopenhagen (Danimarka) – Debretsen (Macarıstan) 5:1 (İlk oyun 3:0)

Shares: