Niderland millisinin yeni baş məşqçisi açıqlanıb.

Futbolinfo.az milli komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifə Xavi Hernandezə tapşırılıb.

İspaniyalı mütəxəssislə 2030-cu ildə keçiriləcək dünya çempionatına qədər müqavilə imzalanıb.

Xavi bu vəzifədə DÇ-2026-dan sonra istefa vermiş Ronald Kumanı əvəzləyib.

Qeyd edək ki, İspaniya millisinin və “Barselona”nın sabiq üzvü 2019-2021-ci illərdə Qətərin “Əl Sədd” komandasını çalışdırıb. O, 2021-ci ildən 2024-cü ilə qədər “Barselona”nın baş məşqçsi olub. Xavinin rəhbərliyi altında Kataloniya klubu İspaniya La Liqasını və İspaniya Superkubokunu qazanıb. 

Shares: