Xorvatiya millisinin sabiq baş məşqçisi Zlatko Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasının “sükanı arxasına” keçib. Bu barədə BƏƏ Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Daliç bu vəzifədə may ayında istefaya göndərilən Kosmin Olaroyunu əvəzləyib. Rumıniyalı mütəxəssislə yollar DÇ-2026-nın seçmə mərhələsindəki uğursuzluqdan sonra ayrılıb.
Daliç 9 il çalışdığı Xorvatiya millisindən bu ilin iyulunda ayrılıb. Onun rəhbərliyi altında komanda DÇ-2018-in gümüş, DÇ-2022-nin bürünc medalını qazanıb. Xorvatiya həmçinin 2022/23 mövsümündə Millətlər Liqasını ikinci pillədə başa vurub.
Xorvatiya DÇ-2026-da isə 1/16 finalda Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
