Məşhur MBA ulduzu Rassell Uestbruk 37 yaşında peşəkar karyerasını başa vurub.
18 illik karyerası ərzində o, liqanın 75 illik yubileyinin rəmzi komandasına daxil olub və 9 dəfə “All Star” seçilib. Uestbruk həmçinin ABŞ millisinin heyətində olimpiya çempionu olub.
Rassell karyerası ərzində “Oklahoma Siti Tander”, “Hyuston Rokets”, “Vaşinqton Uizards”, “Los-Anceles Leykers”, “Los-Anceles Klippers”, “Denver Naggets” və “Sakramento Kinqs”də çıxış edib.
Ötən mövsüm “Kinqs”in heyətində 64 oyuna çıxan Uestbruk orta hesabla 15,2 xal, 5,4 ribaund və 6,7 məhsuldar ötürmə ilə yadda qalıb.
