Formula 1-də mübarizə aparan “Kadillak” Polşa əsilli fransalı mühəndis Marsin Budkovskinin komandanın rəhbəri vəzifəsinə təyin olunduğunu açıqlayıb.

49 yaşlı mütəxəssis komandanın strukturunun formalaşdırılmasından sonra yarışdakı effektivliyin artırılmasına diqqət yetirəcək.

Budkovski 20 ildən çox Formula 1 təcrübəsinə malikdir və karyerası ərzində “Prost”, “Ferrari”, “Maklaren” və “Reno”da rəhbər və texniki vəzifələrdə çalışıb. Yeni vəzifəsində o, büdcə məhdudiyyəti çərçivəsində bolidin inkişafına, daxili proseslərin təkmilləşdirilməsinə və komandanın səmərəliliyinin artırılmasına diqqət yetirəcək.

Budkovski artıq Niderland Qran-prisindən komandaya rəhbərlik edəcək.

Shares: