“Kəpəz” futbol klubu belçikalı yarımmüdafiəçi Desmond Akuanı heyətinə cəlb edib.
Futbolinfo.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu ilə müddəti 2026/2027 mövsümünün sonunadək olan müqavilə imzalanıb.
Qeyd edək ki, D.Akua son olaraq Belçikanın “Dender” klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 15 oyunda 2 qol vurub.
